Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedradan və vitse-prezidenti Rosario Muriyodan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşımız.
İcazə verin, Nikaraqua Respublikasının xalqı, Barışıq və Milli Birlik Hökuməti adından və şəxsən öz adımızdan Sizə, qardaş Azərbaycan xalqına və hökumətinə əlamətdar tarix – 28 May – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi çatdıraq.
Daim firavan və müstəqil olan Nikaraquadan bu zəfərlər, milli suverenlik və müstəqillik tarixini qeyd etməkdə sizə qoşuluruq. Qardaş Azərbaycan xalqı və hökuməti ilə ənənəvi dostluq və əməkdaşlıq əlaqələrini bundan sonra da möhkəmləndirməyə sadiqliyimizi bir daha vurğulayırıq.
Hörmətli Prezident, Sizi qardaşcasına bağrımıza basır, dost Azərbaycan xalqına sülh, inkişaf və firavanlıq arzularımızı çatdırırıq.
Hörmətlə,
Daniel Orteqa Saavedra
Nikaraqua Respublikasının Prezidenti,
Rosario Muriyo
Nikaraqua Respublikasının vitse-prezidenti
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...
Kambocanın Kralı Əlahəzrət Norodom...
Özbəkistan Respublikasının Prezidenti...