22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Nigeriyanın Laqos əyalətində plastik bıçaq və boşqablardan istifadə qadağan edilib

22-01-2024

Nigeriyanın ən sıx məskunlaşdığı əyalətlərindən biri olan Laqosda plastikdən hazırlanmış birdəfəlik çəngəl, qaşıq, bıçaq və boşqablar qadağan edilib.

Laqos Ətraf Mühit Komissarı Tokunbo Vahab sosial media hesabında etdiyi şərhdə, bioloji parçalanmayan plastiklərin əhəmiyyətli bir çirklənmə problemi olduğunu və drenajları tıxadığını bildirib.

Buna görə də, əyalət hökuməti strafor və ya digər plastikdən hazırlanmış birdəfəlik çəngəl, qaşıq, bıçaq və boşqabların istifadəsini və paylanmasını qadağan edib.

Dövlət rəsmiləri onları tədarük etməyə davam edənlərin cərimə və ya həbs olunacağını da bildiriblər. 
Beynəlxalq ekoloji ekspertlər deyirlər ki, Nigeriya hər il 2,5 milyon ton plastik tullantı istehsal edir. Onların 88 faizindən çoxu  təkrar emal olunmur.

Paylaş: