Nigeriyada məscid çöküb: üç nəfər ölüb, yeddi nəfər yaralanıb
Nigeriyanın cənub-qərbində yerləşən Laqos əyalətində məscidin çökməsi nəticəsində azı üç nəfər ölüb, yeddi nəfər isə ağır yaralanıb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Laqos fövqəladə hallar idarəsinin məlumatına görə, xilasetmə əməliyyatı artıq yekunlaşıb. Məscid binasının yolu təmizləyən ekskavator tərəfindən uçurulduğu bildirilir.
Yerli media çökmə zamanı binada çoxlu insanın olduğunu, lakin onların əksəriyyətinin qəzadan sağ-salamat qurtardığını qeyd edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...