Nigeriyada “Lassa” qızdırması 10 nəfərin ölümünə səbəb olub
Nigeriyanın cənub-şərqindəki Ebonyi əyalətində yanvarın 4-dən fevralın 16-dək “Lassa” qızdırması 10 nəfərin ölümünə səbəb olub.
Fhnews.az “Premium times Nigeria” qəzetinə istinadla xəbər verir ki, Ebonyi Dövlət Səhiyyə Nazirliyinin mütəxəssisi Sampson Oroqvu epidemiyanın qarşısını almaq üçün hökumət və müvafiq təşkilatlar tərəfindən təcili tədbirlər həyata keçirdiyini qeyd edib. O bildirib ki, ölənlər arasında hamilə qadın və iki uşaq da var.
Ştatın baş epidemioloqu Oqbonna Nvambeke risk faktorlarına nəzarəti artırmaq və xəstəliyin yayılmasının qarşısını almaq üçün kolları yandırmağı, yoluxmuş şəxsin təmas etdiyi hər hansı səthə toxunmamağı tövsiyə edib.
Xatırladaq ki, “Lassa” qızdırması gəmiricilər vasitəsilə insanlara yayılan, arenavirus ailəsinə aid kəskin yoluxucu viral xəstəlikdir. İlk dəfə 1969-cu ildə Nigeriyanın şimal-şərqindəki Borno əyalətində aşkar edilib. Bir sıra cəhətdən Ebola virusunun yaratdığı xəstəliyə oxşardır.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, 2023-cü ildə təsdiqlənmiş 1227 “Lassa” qızdırması hadisəsindən 219 ölüm halı qeydə alınıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...