Nigeriyada difteriya epidemiyası: 40 ölü
Yerli mətbuatda yer alan xəbərə görə, Nigeriyanın şimalındakı Kano əyalətində sürətlə yayılan difteriya epidemiyası səbəbiylə əksəriyyəti uşaq olmaqla 40 nəfər həyatını itirib, çox sayda insan müalicə olunur. Qeyd edək ki, Nigeriyada 2022-2023-cü illərdə 16 min 518 difteriya hadisəsi aşkarlanıb və indiyədək 800-dən çox insan həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatı ölkədə difteriya hallarının artması səbəbindən epidemiyanın ikinci dalğasının olduğunu təsdiqləyib.Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ötən il epidemiya ilə mübarizə çərçivəsində Nigeriyaya 9,3 milyon doza peyvənd göndərib.
"Quş gözü xəstəliyi" olaraq da bilinən difteriya "corynebacterium diphtheriae" adlı mikroorqanizmin boğaz, burun, göz və dəridə yerləşdiyi zaman meydana gəlir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...