Nigeriyada daşqın: 2 milyondan çox insan didərgin düşüb
Nigeriyanın Kogi əyalətində daşqınlar nəticəsində 2 milyondan çox insan didərgin düşüb.Kogi Dövlət Qızıl Xaç Cəmiyyətinin Fəlakət İdarəetmə Mütəxəssisi Ömər Mahmud verdiyi açıqlamada Niger və Benue çaylarının daşması nəticəsində Kogi əyalətinin 9 bölgəsində daşqınların baş verdiyini bildirib.Mahmud qeyd edib ki, daşqınlar nəticəsində 2 milyondan çox insan didərgin düşüb.
Xilasetmə qruplarının sakinlərin düşərgə və kəndlərə köçürülməsinə kömək etdiyini izah edən Mahmud bildirib ki, Niger çayı yüksəldiyi üçün vəziyyət indi çox pisdir.Mahmud həmçinin sel nəticəsində 150 min hektar ərazinin su altında qaldığını bildirib.
Qeyd edək ki, bu il Nigeriyada leysan yağışların səbəb olduğu daşqınlarda 300-ə yaxın insan həyatını itirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...