Nigeriyada bir həftə ərzində 12 Lassa qızdırması aşkarlanıb
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən verilən açıqlamada, bir həftə ərzində 12 nəfərdə Lassa qızdırmasının görüldüyü bildirilib.Açıqlamada Lassa qızdırması epidemiyasının ölkənin 28 əyalətinin 124 bölgəsinə yayıldığı deyilir.Bildirilir ki, ölkədə yanvar ayından bu yana Lassa qızdırmasına yoluxma sayı 1001-ə yüksəlib, 179 nəfər həyatını itirib.
Nigeriya hökuməti xəstəliyin müalicəsi üçün 3 dərmanın müəyyən edildiyini açıqlayıb.
Qeyd edək ki, hər il noyabr və may aylarında quraqlıq dövründə artan Lassa qızdırması epidemiyasında ötən il 674 hadisə aşkarlanıb, 102 nəfər həyatını itirib.
Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində aşkarlanıb.Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...