22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Nigeriyada atəşfəşanlıq qadağan edilib

25-12-2023

Nigeriyada Milad və Yeni il şənlikləri zamanı atəşfəşanlıq və partlayıcı məhsullardan istifadə təhlükəsizlik problemlərinə görə qadağan edilib.

fhnews.az xarici mediaya istinadən xəbər verir ki, Təhlükəsizlik Baş İdarəsindən verilən açıqlamada, ölkədə artan təhlükəsizlik problemləri səbəbiylə ştatlarda Milad və Yeni il şənliklərində atəşfəşanlıq və bütün partlayıcı məhsulların satışı və istifadəsinin qadağan edildiyi bildirilib.

Bəyanatda ictimaiyyətin təhlükəsizliyi üçün belə bir qərarın verildiyi, tabe olmayanların saxlanılacağı və barələrində cinayət işi açılacağı bildirilib.

Qeyd edək ki, açıqlamada ictimai tədbirlər zamanı partlayıcı materiallardan uzaq durmağa çağırış edilib.

Etiketlər:
Paylaş: