Nigerdə güclü yağışlar nəticəsində ölənlərin sayı 339-a yüksəlib
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Aqadez şəhəri və tarixi Agadez məscidi də yağışlardan zərər çəkib.
Niger Xəbər Agentliyinin xəbərinə görə, Mülki Müdafiə Baş İdarəsi həddindən artıq yağışdan 1 milyon 176 min 528 nəfərin zərər çəkdiyini açıqlayıb.
Mülki Müdafiə Baş İdarəsi leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayının 339-a yüksəldiyini bildirib.Açıqlamada ölkənin yağışlardan ən çox təsirləndiyi mərkəzi və cənub bölgələrindəki Maradidə 111, qərbdə Tahouada 99, mərkəzi və şərq bölgələrində Zinderdə 65,cənubda yerləşən Dossoda 22 nəfərin həyatını itirdiyi bildirilib.
Paytaxt Niameydə leysan yağışı nəticəsində 9 nəfər ölüb. Yağışlardan zərər çəkən digər bölgələrdə isə ümumilikdə 33 nəfər həyatını itirib.
Ölkənin şimalında yerləşən və UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Agadez şəhəri ilə tamamilə gildən tikilmiş və 1515-ci ildə tikilmiş tarixi Agadez məscidi də ciddi ziyan görüb.
Milli Meteorologiya İdarəsi bəzi bölgələrə keçən illə müqayisədə 200 faiz daha çox yağış yağdığını açıqlayıb.
Yağışlar səbəbindən ölkədə məktəblər oktyabrın 28-nə qədər bağlı olacaq.
Qeyd edək ki, Nigerdə yağışlı mövsüm iyunda başlayır və sentyabrda bitir. Ötən il 137 min 797 nəfərin təsirinə məruz qalan güclü yağışlar nəticəsində 41 nəfər ölüb, 53 nəfər isə xəsarət almışdı.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...