22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Nigerdə güclü yağışlar 94 nəfərin həyatına son qoyub

12-08-2024
IMG

Nigerdə iyun ayından bəri yağan güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 94-ə yüksəlib.

Mülki Müdafiə Baş İdarəsindən verilən açıqlamada, iyun ayında başlayan şiddətli yağışlardan 135 min 156 nəfərin zərər çəkdiyi bildirilib.Açıqlamada leysan nəticəsində yaranan sel və torpaq sürüşmələrində 94 nəfərin həyatını itirdiyi, minlərlə insanın evsiz qaldığı bildirilib.

Qeyd edək ki, Nigerdə yağışlı mövsüm iyunda başlayır və sentyabrda bitir. Ötən il güclü yağışlar nəticəsində 41 nəfər ölmüş, 53 nəfər isə xəsarət almışdı.

Paylaş: