Niaqara şəlaləsi arktik soyuqlar səbəbindən qismən donub
Nyu-York ştatının Niaqara rayonunda yerləşən Niaqara şəlaləsi ABŞ-nın əksər hissəsini təsir edən arktik soyuqlar səbəbindən qismən donub. Niaqara şəlaləsi ingilis dilində Niagara falls adlanır. Niaqara çayı üzərində üç şəlalə yerləşir və Amerika ştatı olan Nyu – Yorku Kanada əyaləti olan Ontariodan ayırır.
Şəlalənin hündürlüyü 53 metr təşkil edir. Amerikan şəlaləsinin su tökülən hissəsini daş qalaqları əhatə etdiyinə görə hündürdür, lakin onun yüksəkliyi 21 metrdir.
Buranın gözəlliyi dünyanın bütün yerlərindən çoxsaylı turistlərin axın etməsinə səbəb olur və şəhərin çiçəklənməsində mühüm yer tutur. Niaqara şəlaləsinin sahilində Nyu – York ştatı, ABŞ və Niaqara – Fols yerləşir. Həmçinin Kanadanın əyaləti sayılan Ontario da bura daxildir.
Şəlalənin ən gözəl xarici görkəmə malik olan ərazisi isə Kanadanın sahillərinə düşür. Niaqaranın bir neçə yüz metrlik aşağı templə axan ərazisində şəlalənin üzərindən "Göy qurşağı körpüsü" salınıb. Bu körpü iki dövlət arasında asan avtomobil nəqliyyatı və piyada keçidi üçün nəzərdə tutulmuşdur.
Bu mövsüm isə şəlalə ağappaq örtüylə bir başqa gözəlliyə sahibdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...