22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Nepalda musson yağışlarının fəsadları səbəbindən 28 nəfər ölüb

28-06-2024
IMG

Nepalda son 16 gündə musson yağışları və tufanların yaratdığı torpaq sürüşmələri, ildırım çaxması və daşqınlar nəticəsində azı 28 nəfər ölüb.

Fhnews.az xəbər verir ki, bu barədə “Himalayan Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, təbii fəlakət ölkənin 77 rayonundan 33-nə ziyan vurub, 14 nəfər sürüşmə, 13 nəfər isə ildırım vurması nəticəsində ölüb, 1 nəfər daşqın nəticəsində boğulub, 24 nəfər xəsarət alıb.

Milli Fəlakət Riskinin Azaldılması İdarəsinin nümayəndəsi Dijan Bhattarainin qəzetə bildirdiyinə görə, ən çox insan tələfatı iyunun 25 və 26-da qeydə alınıb. Həmin günlərdə 9 nəfər ildırım vurması, 9 nəfər isə torpaq sürüşməsi nəticəsində ölüb.

Xatırladaq ki, Nepalda güclü musson yağışları iyunun 10-da başlayıb. Bu müddət ərzində təbii fəlakətlərlə bağlı ümumilikdə 147 hadisə qeydə alınıb.

Paylaş: