Nepalda daşqınlar azı 193 nəfərin həyatına son qoyub
Nepalda həftəsonu yağan güclü yağışlar nəticəsində meydana gələn daşqın və torpaq sürüşmələri azı 193 nəfərin həyatına son qoyub.
Fhnews.az Associated Press agentliyinə istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, daha 96 nəfər yaralanıb, 31 nəfər isə itkin düşüb. Ən çox insan tələfatı şiddətli yağışların yağdığı paytaxt Katmanduda qeydə alınıb.
Nepalın hakimiyyət orqanları bildiriblər ki, sentyabrın 30-da hava şəraitinin nisbətən yaxşılaşması xilasetmə və bərpa işlərini intensivləşdirməyə imkan verib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...