Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Rusiyada qrant müsabiqəsinin qalibi olub
Elm və Təhsil Nazirliyi akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun İnformasiya və telekommunikasiya şöbəsinin müdiri dosent Ayaz Məmmədov Rusiyada keçirilən gənclər üçün beynəlxalq qrant müsabiqəsinin qalibi olub.
İnstitutdan verilən məlumata görə, qalib seçilən Ayaz Məmmədov Rusiyanın Tomsk şəhərində keçirilən enerji axını və radiasiya təsirlərinə (Energy Fluxes and Radiation Effects, EFRE-2024) dair beynəlxalq konqresə spiker qismində dəvət olunub. O, konqresdə layihə çərçivəsindəki çıxışından sonra müsabiqə qalibi kimi sertifikatla təltif olunub və elmi işi “Scopus” indeksli jurnalda dərc üçün komissiya tərəfindən qəbul edilib.
Konqresdə müxtəlif ölkələrdən 600-dən çox nümayəndə iştirak edib.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...