Nazirlik: Bu il 100 uşaq övladlığa verilib
2024-cü ilin ötən dövründə 100 uşaq övladlığa verilib, onlardan 46 nəfəri oğlan, 54 nəfəri qızdır.
Fhnews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.
Qeyd edilib ki, bu il dövlət uşaq müəssisələrindən 75-i oğlan, 64-ü qız olmaqla 139 uşaq öz ailələrinə qaytarılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...