Nazir müavini: Türkiyə pilotsuz təyyarələrdən meşə yanğınlarına qarşı mübarizədə istifadə edir
Türkiyə pilotsuz təyyarələrdən meşə yanğınlarına qarşı mübarizədə istifadə edir.
Fhnews.az “Star”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Abdulkadir Polat deyib.
Onun sözlərinə görə, Türkiyə meşə yanğınlarına qarşı mübarizə üçün təkmilləşdirdiyi donanması ilə dünyada sayılı ölkələr arasındadır: "Eyni zamanda ölkəmiz meşə yanğınlarına qarşı mübarizədə pilotsuz uçuş aparatları (PUA) tətbiq etməsi ilə də dünyanın iki ölkəsindən biridir. Türkiyə meşə yanğınlarına qarşı mübarizədə çox inkişaf edib, imkanlarını artırıb".
A.Polat həmçinin vətəndaşları da yanğına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...