22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi siyasəti həyata keçirilir

16-11-2024
IMG

Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində region iqtisadiyyatının yaşıllaşdırılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən verilən mühüm qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılması üçün imkanlar yaradır.

Fhnews.az xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən Azərbaycanın 3-cü Ekoloji Fəaliyyət İcmalında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir: “Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirilir”.

Paylaş: