Nazir: İqlim dəyişikliyinə davamlı dünya qurmaq üçün aydın planlarla ambisiyaları gücləndirməliyik
Qlobal istiləşməni 1,5 dərəcədə saxlamaq və iqlim dəyişikliyinə davamlı dünya qurmaq üçün aydın planlarla ambisiyaları gücləndirməliyik.
Fhnews.az xəbər verir ki, bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyunun 20-də Bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunda çıxışı zamanı deyib.
Azərbaycanın COP29-a sədrliyi çərçivəsində görülən işlər barədə məlumat verən nazir bildirib: “Bir tərəfdən, bu, qlobal istiləşməni 1,5 dərəcədə saxlamaq və iqlim dəyişikliyinə davamlı dünya qurmaq üçün aydın planlarla ambisiyaları gücləndirmək deməkdir. Digər tərəfdən bu, həmin planları həyata keçirmək üçün maliyyə vəsaiti ayırmağı nəzərdə tutur. Birincisi, biz ölkələrə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri inkişaf etdirməyə kömək göstərəcəyik. Bunlar ölkənin emissiyalarını azaltmaq planlarını əks etdirən milli planlardır. İkincisi isə Milli Uyğunlaşma Planlarıdır. Bunlar bir ölkənin iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlılığını necə təmin edəcəyini göstərən planlardır”.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...