Naxçıvan Muxtar Respublikası ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər aparacaq.
Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, monitorinqlər fevralın 26-dan martın 1-dək davam edəcək.
Monitorinqlər zamanı Naxçıvan Muxtar Respublikasının təbiət əraziləri və su hövzələri ətrafı ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Həmçinin baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri aparılacaq və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Tədbirlər müddətində götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.
Qeyd edək ki, monitorinqlər quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq aparılır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...