NATO-nun təlimi gələn həftə başlayacaq
NATO-nun Soyuq Müharibədən sonra ən böyük hərbi təlimi olan “Sarsılmaz Müdafiəçi 2024”ün gələn həftə başlayacağı açıqlanıb. NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Komandanı general Kristofer Kavoli dünən Brüsseldə başlayan NATO Baş Qərargah Rəisləri Toplantısından sonra mətbuata açıqlama verib.
General Cavoli bildirib ki, 31 NATO üzvü və namizəd ölkə İsveçdən təxminən 90 min əsgərin qatılacağı təlim mayın sonuna qədər davam edəcək.
"Alyans Şimali Amerikadan Atlantik okeanı boyunca qüvvələr köçürməklə Avro-Atlantik məkanı möhkəmləndirmək qabiliyyətini nümayiş etdirəcək" – deyə Kavoli bildirib.
NATO-nun Soyuq Müharibədən sonrakı ən böyük təliminin Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçirilməsi və Rusiya ilə mümkün müharibə ssenarilərinin də yer alacağı gözlənilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...