NASA qəribə orbiti olan ekzoplanet kəşf edib
Alimlər deyirlər ki, gözlənilməz hərəkətlər nümayiş etdirən ekzoplanet planet sistemləri haqqında bilinənlərə meydan oxuyur. Hələ keçən il Yerdən təxminən 455 işıq ili uzaqda olan bir ulduzun ətrafında fırlanan TOI-1408 b adlı isti Yupiter kəşf edilmişdi.
İsti Yupiter Günəş sistemindəki Yupiterə bənzəsə də, öz ulduzuna çox yaxın orbitdə olan qaz nəhənglərinə aiddir. NASA-nın “Transiting Exoplanet Survey Satellite” tərəfindən aşkar edilən planetin eni və kütləsi Yupiterdən iki dəfə böyük idi. Planetin öz ulduzu olan TOI-1408-ə çox yaxın fırlanması alimləri heyrətə salıb. Ancaq bu il edilən başqa bir kəşf onların təəccübünü daha da artırıb.
Lund Universitetinin tədqiqatçıları yenə TESS-in köməyi ilə sistemdə ulduza daha yaxın və daha kiçik olan başqa bir planet aşkar ediblər. Alimlər TOI-1408 c adlı kiçik planetin də qəribə bir orbitə sahib olduğunu müşahidə ediblər.
Eni Yerdən 2 dəfə, kütləsindən 8 dəfə böyük olan ekzoplanetin qaz və qaya qarışığından ibarət olduğu təxmin edilir. Qyed edək ki, Ekzoplanet Günəş sistemindən kənar planet deməkdir. Tədqiqatçılar müəyyən ediblər ki, TOI-1408 c-nin öz ulduzu ətrafında fırlanma sürəti gözlənilmədən dəyişib.
Kiçik planetin mövcudluğu planet sistemlərinin formalaşması və sabitliyi ilə bağlı mövcud nəzəriyyələrə meydan oxuyur.Alimlər bu qeyri-adi orbital hərəkət və onların ulduzlarına yaxın olması səbəbindən sistemdəki iki planetin orbital hərəkətlərini araşdırıblar.
Onlar müəyyən ediblər ki, ulduzun ətrafında "ritmik rəqslə" fırlandığını dedikləri planetlər yaxın orbitlərdə mövcud olmağa davam edə bilər. Tədqiqatçılar sistemdə hələ kəşf edilməmiş üçüncü bir planetin ola biləcəyini də düşünürlər. Bu göy cismi müşahidə edilən qəribə orbital hərəkətlərin izahı da ola bilər. Alimlər ümid edir ki, kəşf etdikləri nadir sistem planet sistemi ilə bağlı tədqiqatlara töhfə verəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...