NASA-nın yaşayış üçün əlverişli planetlər axtarışı
NASA-nın iki ildən az müddətdir fəaliyyət göstərən Ceyms Uebb Kosmik Teleskopu yaşayış üçün əlverişli yerdənkənar planetlərin axtarışlarını davam etdirərkən, yeni kosmik teleskop yadplanetlilərin həyatına dair dəlillər tapa bilər.
Bir çox astronomlar kainatın başqa yerlərində həyatın olub-olmaması sualından vaz keçib və kosmosda həyatın nə vaxt tapılacağına cavab axtarırlar. Bir çox elm adamı yaxın bir neçə il ərzində yerdənkənar həyatın əlamətlərini kəşf edəcəyində qətiyyətlidir.
Amerika Birləşmiş Ştatlarının Kosmik Proqramı NASA-da Yerə bənzər ekzoplanetlərin axtarışı üzərində işləyən astrofizik Cessi Kristianse ABŞ Kosmik Agentliyinin planlaşdırdığı yeni teleskopu Yaşayan Dünyalar Rəsədxanasının həyatımızda yadplanetlilərin həyatına dair dəlillər tapa biləcəyini deyib.
Ümumi dəyəri 17,5 milyon dollar olan üç NASA müqaviləsi bu yay qüvvəyə minəcək və Yaşayan Dünyalar Rəsədxanasının yeni nəsil aparatını və zəngin yeni detallarla yaxınlıqdakı ekzoplanet məlumatlarını toplamaq üçün lazım olan kodu quracaq.
Christiansen hesab edir ki, rəsədxana 2040-cı ildə istifadəyə verildikdən çox keçməmiş yerdənkənar həyatın sübutunu tapa bilər.
"İnanıram ki, Yaşayan Dünyalar Rəsədxanası bizim ömrümüz ərzində Günəşə bənzər ulduzun yaşayış zonasındakı qayalı planetin atmosferində həyat olduğunu düşündüyümüz şeyin siqnalını görəcək" -deyən Kristiansen əlavə edib ki, potensial yaşayış üçün ən azı 25 əsas namizədi birbaşa təsvir etməyə yönələcək rəsmi missiyasının sonunda insanlığın yenidən eyni olub-olmayacağı ilə maraqlanır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...