22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

NASA-nın Marsdakı qurumuş göl barədə məlumatı təsdiqlənib

27-01-2024

NASA-nın "Perseverance" roverinin Yerə ötürdüyü məlumatlar əsasında cümə günü dərc olunan araşdırmada bir vaxtlar Marsda “Jerezo” krateri adlı nəhəng hövzəni su ilə dolduran və sonralar quruyan göl çöküntülərinin mövcudluğunu təsdiqləyən sübutlar təqdim edilib.

Fhnews.az NASA-nın saytına istinadla xəbər verir ki, yeni hesabat robot-rover tərəfindən aparılan radar müşahidələrinin əvvəlki orbital görüntülərini və alimlərin Marsın bəzi hissələrinin bir vaxtlar su ilə örtüldüyü nəzəriyyəsinin konkret sübutlarını ehtiva edir.

Los-Ancelesdəki Kaliforniya Universiteti (UCLA) və Oslo Universitetinin alimlərinin apardığı araşdırma “Science Advances” jurnalında dərc olunub.

Minik avtomobili ölçüsündə olan altı təkərli rover tərəfindən 2022-ci ilin bir neçə ayı ərzində Marsın səthindəki kraterin çöküntüyə bənzər görüntüləri skan edilib. Onlar Yerdəki çay məcralarını xatırladır. Roverin RIMFAX radar alətindən gələn səslər elm adamlarına 65 fut (20 metr) dərinlikdə olan qaya təbəqələrinin en kəsiyi görüntüsünü əldə etmək üçün yerin altına nəzər salmağa imkan verib.

Bu təbəqələr vaxtilə su ilə dolu olan torpaq çöküntülərinin Yerdəki quruyan göllərdə müşahidə edilən mənzərəsini xatırladır. Yeni kəşf əvvəlki tədqiqat müəlliflərinin uzun müddətdir irəli sürdükləri fərziyyəni gücləndirir. Belə ki, soyuq, quraq, cansız Mars bir vaxtlar isti, su ilə dolu və bəlkə də yaşayış üçün əlverişli planet olub.

Alimlər kraterdəki çöküntülərin (təxminən 3 milyard il əvvəl əmələ gəldiyi ehtimal olunur) “Perseverance” tərəfindən gələcəkdə Yerə daşınacaq süxur nümunələrinin yaxından araşdırılmasını gözləyirlər. Bu arada, son tədqiqat elm adamlarının geobioloji Mars səylərinin Qırmızı planetin doğru yerində həyata keçirildiyini təsdiqləyir.

“Perseverance” roverinin 2021-ci ilin fevralında Marsın səthində endiyi yerə yaxın dörd sahədə qazılan ilkin nüvə nümunələrinin uzaqdan təhlili gözlənildiyi kimi çöküntü deyil, təbiətcə vulkanik qaya olub və bu, tədqiqatçıları təəccübləndirib. Amma iki tədqiqat bir-birinə zidd deyil. Hətta vulkanik süxurlarda suya məruz qalma nəticəsində dəyişiklik əlamətləri var idi və bu tapıntıları 2022-ci ilin avqustunda dərc edən alimlər çöküntü yataqlarının aşınmış ola biləcəyini əsaslandırıblar.

NASA-nın Marsda su və həyat əlamətləri axtarışları davam edir.

Paylaş: