22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

NASA-nın alimləri “Andromeda” sferoid qalaktikasını tədqiq edirlər

28-08-2024
IMG

NASA-nın “Hubble” kosmik teleskopu “Andromeda VI” kimi tanınan “Peqasus” adlı cırtdan sferoid qalaktikasının şəklini çəkib. Bu fotoşəkildə parlaq ulduz kolleksiyası daha uzaq qalaktikaların fonunda parlayır.

Fhnews.az NASA-nın saytına istinadla xəbər verir ki, “Andromeda” qalaktikası Süd Yolunun ən yaxın böyük spiral qalaktika qonşusudur və onun ətrafında dövr edən azı 13 cırtdan qalaktikaya ev sahibliyi edir. “Pegasus” cırtdan sferoid qalaktikası bu mini qalaktikalardan biridir. Cırtdan sferoid qalaktikalar astronomiya elminə məlum olan ən zəif və az kütləli göy cisimləri sayılır. Onların elliptik formaları ulduzların nisbətən hamar paylanması fonunda daha parlaq görünür. Cırtdan sferoid qalaktikalar adətən qazdan məhrumdur, onların ətrafında köhnə və orta yaşlı ulduzlar üstünlük təşkil edir, yeniləri isə nadir hallarda əmələ gəlir.

“Pegasus” cırtdan sferoid qalaktikası 1998-ci ildə kəşf edilib və öz analoqları ilə müqayisədə kiçik miqdarda ağır elementlərə və başqa bir ulduz nəslini meydana gətirmək üçün lazım olan az miqdarda qaza malik olması ilə xarakterizə olunur. Tədqiqatçılar bildirirlər ki, “Andromeda”nın qravitasiya sahəsində ulduz əmələ gətirən qazlar cüzi miqdardadır. Onlar müqayisə üçün Süd Yolunun bəzi cırtdan sferoid qalaktikalarını göstərirlər. Amma “Andromeda” daha genişdir və onun qravitasiya təsirləri digərlərindən güclüdür.

Astronomlar hesab edirlər ki, cırtdan sferoid qalaktikalar onların nəhəng analoqları arasında toqquşmalar, daha böyük qalaktikaların kiçik disk formalı cırtdan qalaktikalara qravitasiya təsiri və qaranlıq maddə kolleksiyaları arasında kiçik sistemlərin yaranması ilə bağlı proseslər nəticəsində yaranır. “Andromeda” və Süd Yolu alimlərin diqqətlə müşahidə etdikləri və kifayət qədər yaxın olan yeganə qalaktikalardır, buna görə də onların tədqiqi daha asandır.

“Hubble” kosmik teleskopu qaranlıq maddə, ionlaşma və kosmik zaman meyarında qalaktik ekosistemlərin böyüməsi kimi kritik məsələləri araşdırmaq üçün bu qalaktikanı bütün “Andromeda” peyk sisteminin tədqiqinin bir hissəsi kimi müşahidə edir.

Paylaş: