22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

NASA nəhəng asteroidin sürətlə Yerə yaxınlaşması barədə xəbərdarlıq edib

10-09-2024
IMG

NASA sentyabrın 15-də Yerin yaxınlığından keçəcək nəhəng asteroidlə bağlı kritik xəbərdarlıq edib. "2024 ON" adlı asteroid Yerin yaxınlığından keçən əksər asteroidlərdən daha böyükdür. Saatda təxminən 25 min mil sürətlə hərəkət etdiyi təxmin edilən cismin sürəti narahatlıqları artırsa da, ən kiçik sapmanın belə ciddi nəticələrə səbəb ola biləcəyi ifadə edilir. 

"2024 ON" adlı nəhəng asteroidin diametrinin 213 metrdən böyük olduğu hesablanıb. NASA-nın Yerə Yaxın Obyektlərin Müşahidə Proqramı bu asteroidi ilk dəfə aşkar edib. Alimlər asteroidin ölçüsü, forması və tərkibi haqqında geniş məlumat toplayıblar.

Asteroid Yerlə Ay arasındakı məsafədən təxminən 2,6 dəfə çox məsafədən keçəcək. “2024 ON” Yer yaxınlığından keçən əksər asteroidlərdən daha böyükdür. Müqayisə üçün qeyd edək ki, meteorit təxminən 60 mərtəbəli binanın hündürlüyündədir. Saatda təxminən 25 min mil sürətlə hərəkət etdiyi təxmin edilən cismin sürəti narahatlıqları artırsa da, yolundakı ən kiçik sapmanın belə ciddi nəticələrə səbəb ola biləcəyi ifadə edilir. Güclü radar və optik teleskoplardan istifadə edilən analizlər asteroidin mümkün təsirlərini qiymətləndirdi.

Ölçüsünə və yüksək sürətinə baxmayaraq, hazırda Yerlə toqquşma ehtimalı aşağı hesab olunur. Elm adamları asteroidin yaxın keçidini izləməyə və kainatın dinamik proseslərini anlamağa kömək edəcək məlumatlar toplamağa davam edəcəklər.

Paylaş: