22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

NASA Kaliforniyadakı laboratoriyasında çalışan 530 əməkdaşını işdən çıxarıb

08-02-2024

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi büdcənin azaldılması səbəbindən Kaliforniyadakı “Jet Propulsion Laboratory”nin 530 əməkdaşını işdən çıxarıb. NASA-nın saytında dərc edilən açıqlamaya görə, Agentlik büdcə kəsirləri səbəbindən 8 %  kiçilib.
Büdcənin kəsilməsinin bir hissəsi olaraq JPL-də 530 işçini ixtisar edib.

JPL Cənubi Kaliforniya Direktoru və Missiya Məmuru Laurie Leshin mövzu ilə bağlı verdiyi yazılı açıqlamada işdən çıxarılma qərarını kədərli, lakin zəruri adlandırıb.

Leşin bəyan edib ki, büdcənin azaldılmasından sonra xərclərin məhdudlaşdırılması barədə qərar qəbul edilib. Büdcənin kəsilməsindən təsirlənən və Marsdan qaya və toz nümunələrini toplayaraq Yerə gətirməyi planlaşdıran "Mars Nümunə Qayıdışı" (MSR) missiyası da  diqqət çəkir.
Bu missiya NASA-nın insanları Marsa göndərmək üçün hazırlıq prosesini dəstəkləmək məqsədi daşıyır.

Paylaş: