22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

NASA Günəşdə növbəti partlayışı qeydə alıb

29-10-2024
IMG

NASA-nın Günəş Dinamikası Rəsədxanası  26 oktyabr 2024-cü il tarixində saat 10:19-da zirvəyə çatan güclü günəş alovunu qeydə alıb.

X1.8 sinfinə aid edilən bu güclü partlayış bütün dünyada radio siqnallarında, naviqasiya sistemlərində və elektrik şəbəkələrində pozulmalara səbəb ola bilər.Bu, orbitdəki astronavtlar və kosmik gəmilər üçün də təhlükə yaradır.

Günəş alovları Günəşin səthindən ani və intensiv şəkildə yayılan enerji partlayışlarıdır. Bu, adətən maqnit sahələrinin sıx və qeyri-sabit olduğu günəş ləkələrinin ətrafında baş verir.
Bu güclü partlayışlar radio dalğalarından tutmuş rentgen şüalarına və qamma şüalarına qədər geniş diapazonda elektromaqnit şüalanma yayaraq Yerdəki texnologiya və rabitəyə mənfi təsir göstərə bilər.

Partlayışlar intensivliyinə görə təsnif edilir, “X sinfi” ən güclü partlayışları ifadə edir. Bu cür partlayışlar rabitə, GPS və elektrik şəbəkələrində fasilələrə səbəb olacaq qədər güclüdür. Günəş alovları astronavtlar və kosmik gəmilər üçün də radiasiya riski yaradır.

Bu hadisələr Günəşin təbii fəaliyyət dövrünün bir hissəsidir və tez-tez tac kütləsinin atılması ilə müşayiət olunur. CME-lər kosmosa yüklü hissəciklər göndərərək, Yerdəki texnologiyalara potensial təsirləri artırır.

Paylaş: