Nərimanov rayonunda fəaliyyət göstərən iaşə obyektində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq zamanı Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, ev 4 ünvanında fiziki şəxs Qasımov Cahangir Qəhrəman oğluna məxsus iaşə obyektində bir sıra nöqsanlar aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, obyektdə masaların və qida ilə təmasda olan səthlərin asan yuyulub təmizlənə bilən gigiyenik materialla üzlənmədiyi, işçilərin əllərinin, qida məhsullarının və avadanlıqların yuyulması prosesinin eyni yuma çanağında həyata keçirildiyi, tullantı qablarının ağzıaçıq şəkildə saxlanıldığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin müvafiq geyimlə təchiz olunmadığı və mütəmadi olaraq tibbi müayinədən keçmədiyi, eləcə də işçilər üçün ayrıca sahə və ya dolabın təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...