Nardaran qəsəbəsində yük avtomobili ilə dəniz sahilindən icazəsiz qum təbəqəsinin çıxarılması aşkarlanıb
Polis əməkdaşları digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirirlər.
Fhnews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində keçirilən tədbir zamanı yük avtomobili ilə dəniz sahilindən qum təbəqəsinin çıxarılması faktı aşkar edilib.
İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etdiyinə görə həmin yük avtomobilinin sürücüsü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...