Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi saatda 20 kilometrə endirilib. Eyni zamanda, bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub.
Fhnews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
“Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri və məlumat tablolarına diqqət yetirmələri xahiş edilir”, - deyə məlumatda bildirilir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...