22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Namibiyadakı quraqlıq səbəbindən 700-dən çox vəhşi heyvan məhv ediləcək

24-08-2024
IMG

Namibiya hökuməti El Nino hava fenomeninin yaratdığı quraqlıq səbəbindən ölkə daxilindəki milli parklarında 700-dən çox vəhşi heyvanın məhv ediləcəyini açıqlayıb.

Ətraf Mühit, Meşəçilik və Turizm Naziri Pohamba Şifeta mətbuata verdiyi açıqlamada, quraqlıqdan əziyyət çəkən ölkədə 700-dən çox heyvanın, o cümlədən 83 fil, 30 begemot və 300 zebranın ovlanaraq öldürüldüyünü bildirib. Nazir otlaqlar üzərindəki təzyiqi azaltmaq və qıtlıq təhlükəsi altında olan insanlara qida qaynağı təmin ediləcəyini ifadə edib.

Şifeta quraqlığın Namibiyanın su ehtiyatlarını qurutduğuna, qıt mənbələrdən istifadə üçün heyvanlar arasında rəqabətə səbəb olduğuna və bu rəqabətin bəzi növlərin sağ qalmasına təhlükə yaratdığına diqqət çəkib.Bu qərarın diqqətli bir qiymətləndirmə prosesindən sonra alındığını bildirən nazir onun həyata keçirilməsinin böhranın qarşısını almaq üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Paylaş: