Naməlum şəxslər Yəmən yaxınlığında İsrail təyyarəsinin rabitəsinə nəzarəti ələ keçirməyə çalışıblar
Naməlum şəxslər İsrailin “El Al” aviaşirkətinə məxsus təyyarənin marşrutunu dəyişmək üçün rabitə sisteminə nəzarəti ələ keçirməyə cəhd ediblər.
Fhnews.az xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.
Məlumata görə, təyyarə Təl-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına təhlükəsiz eniş etməyi bacarıb.
Bildirilib ki, təyyarənin göyərtəsində 250 nəfər olub. Yəmən husilərinin fəaliyyət göstərdiyi ərazi üzərində uçarkən ekipaj uçuş planından fərqli radio təlimatları alıb. Nəyinsə səhv olduğunu hiss edən pilotlar onlara məhəl qoymamaq qərarına gəlib və alternativ rabitə vasitəsindən istifadə ediblər.
Hadisəyə görə tanınmamış Somaliland respublikasının da məsuliyyət daşıya biləcəyi ehtimal edilir.
“The Jerusalem Post”un məlumatına görə, bu, son bir həftə ərzində ikinci belə hadisədir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...