22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Nəhəng dəniz dağı kəşf edilib

29-08-2024
IMG

Dənizin dibində nəhəng dağ və yeni növ olmağa namizəd olan 20-yə yaxın canlı aşkar edilib. Tədqiqatçılar ilk dəfə olaraq çox nadir bir kalamar növünü də aşkar ediblər. 

Schmidt Okean İnstitutu dəniz dibinin xəritəsini tərtib edib və Çili sahillərində apardığı ekspedisiyalarla yeni növlər aşkar edib.  Tədqiqatlarda ən azı 100 yeni növ aşkar edilib. 

Çili sahillərindən təxminən 1450 kilometr aralıda, beynəlxalq sularda yerləşən Naska silsiləsində, demək olar ki, 3,110 metr uzunluğunda yeni dəniz dağı kəşf edilib. Nəhəng sualtı quruluşda mərcanlar və nadir dəniz canlıları var.Sonar sistemindən istifadə edən tədqiqatçılar həmçinin 9 dəniz dağını tədqiq edərək xəritəsini tərtib ediblər. 

Sualtı robotla bu bölgələrə təşkil edilən ekspedisiyalar zamanı təsirli dəniz canlıları müşahidə edilib. Tədqiqatçılar ilk dəfə olaraq çox nadir bir kalamar növü olan Promachoteuthisi ələ keçiriblər. Yalnız üç növü məlum olan bu kalamar cinsi indiyə qədər həmişə ölü nümunələr vasitəsilə tədqiq edilmişdir. Tədqiqatlar zamanı, həmçinin uçan spagetti canavarı kimi tanınan Bathyphysa conifera adlı nadir sifonofor növünün iki üzvü də tapılıb. Casper adlı bir ahtapot növü də ilk dəfə Sakit Okeanın cənubunda görüldü. Elm adamları bu canlının varlığından 2016-cı ildən xəbərdar olsalar da, daha əvvəl ələ keçirilmədiyi üçün növü dəqiq müəyyənləşdirə və ya ad verə bilməyiblər. Ekspedisiyalar 20 yeni potensial növ müəyyən ediblər, lakin bunu təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac var. 

Tədqiqatçılar həmçinin dəniz dağlarından birində təxminən 800 kvadratmetr sahəni əhatə edən mərcan bağı tapıblar. Dərin su mərcanlarından ibarət bağda sebastes, ilan ulduzları və kral xərçəngləri kimi canlılar yaşayır.

Hazırda Naska silsiləsinin dəniz mühafizə zonası elan edilməsi nəzərdən keçirilir.

Paylaş: