22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Nəhəng dalğalar ABŞ-nın hərbi dəniz  bazasını vurdu

25-01-2024

Marşal adalarının Roi-Namur adasında nəhəng dalğalar ABŞ-ın hərbi dəniz bazasını vurub. Hərbi bazada yerləşən restoranın qapısı nəhəng dalğaların zərbəsinə tab gətirməyib. Bazanın böyük bir hissəsi su altında qalıb. Hadisə nəticəsində 1 nəfər yaralanıb.

Elektrik enerjisinin kəsildiyi və böyük dağıntıların baş verdiyi bazadakı təxminən 120 personaldan 80-i təxliyyə edilib. 

Ölkənin Meteorologiya xidməti həftə sonu əlverişsiz hava şəraiti ilə əlaqədar 3-5 metr hündürlüyündə nəhəng dalğaların yarana biləcəyi barədə xəbərdarlıq edib.

Paylaş: