Nadir balıq növü kəşf edilib
Yeni Zelandiya mətbuatında çıxan xəbərlərə görə, Yeni Zelandiyanın Milli Atmosfer və Su İnstitutunun alimləri ölkənin cənub adasının təxminən min kilometr şərqindəki Chatham Rise bölgəsində yeni bir balıq növü tapıblar.
Tədqiqatçılar "Harriotta avia" adlanan və nadir olan "xəyalət köpəkbalığı" növünə aid bu yeni balığın digər növlərdən fiziki və genetik cəhətdən fərqli olduğunu aşkar ediblər.
Yüz milyonlarla ildir mövcud olduğu düşünülən bu balıq növü qığırdaqdan, iri gözlərdən və üzgəclərdən ibarət skeletə malikdir və əksər balıqlardan fərqli olaraq pulcuqsuzdur.
Okeanın dibində təxminən 2600 metr dərinlikdə yaşayan “xəyalət köpəkbalığı” ilə insanların qarşılaşma ehtimalı çox azdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...