Myanmanın Yanqon əyalətində tornado nəticəsində 71 ev dağılıb
Myanmanın Yanqon bölgəsində tornado nəticəsində 71 ev dağılıb.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, Yanqon Xilasetmə Təşkilatının rəsmisi bununla bağlı açıqlama yayıb. Bildirilib ki, iki kənd demək sıradan çıxıb. Onun sözlərinə görə, tornado yerli vaxtla səhər saat 4:45 radələrində baş verib.
Bölgədə 71 evdən 34-ü tamamilə dağılıb, qalanlarının dam örtüyü uçub. Təşkilat rəsmisi əlavə edib ki, 340-dan çox insan zərər çəkib.
Bildirilib ki, Yanğınsöndürmə Xidmətləri Departamenti, müvafiq şöbələr, xilasetmə qrupları və Myanma Qızıl Xaç Cəmiyyəti yollardakı aşmış ağacları, dağıntıları təmizləmək və zərər çəkmiş sakinləri monastıra köçürmək üçün birlikdə çalışırlar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...