Myanmanın cənubundakı bazarda 450 mağaza yanıb
Myanmanın Baqo bölgəsinin Kyauktaqa qəsəbəsində bələdiyyə bazarında baş vermiş yanğın nəticəsində 450 mağaza, eləcə də yaxınlıqdakı doqquz ev yanıb.
Fhnews.az “China.org” saytına istinadla xəbər verir ki, yanğın zamanı insan tələfatı olmayıb. Hadisə şahidlərinin sözlərinə görə alovu söndürmək təxminən altı saat çəkib. Rəsmilər yanğına elektrik naqillərindəki nasazlığının səbəb olduğunu ehtimal edirlər.
Yanğın nəticəsində çoxlu geyim və ərzaq malları yanıb. Dəymiş ziyanın və itkilərin tam həcmi açıqlanmır. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...