Myanmada daşqın səbəbindən 2 minə yaxın ailə təxliyə edilib
Myanmanın şimalındakı Kaçin əyalətində leysan yağışlar nəticəsində çayın səviyyəsinin təhlükəli həddə çatması səbəbindən 2 minə yaxın ailə təxliyə edilib.
Fhnews.az xəbər verir ki, Kaçin əyalət hökumətinin açıqlamasına görə, hadisə zamanı heç bir ölüm hadisəsi qeydə alınmayıb. Xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.
Daşqının təsirinə məruz qalan sakinlər bölgədəki 30 məktəb, kilsə və monastırdakı müvəqqəti sığınacaqlara köçürülüb. Yerli media, həmçinin mindən çox insanın köməksiz vəziyyətdə qaldığı barədə məlumat yayıb.
Növbəti günlərdə çayda su səviyyəsinin yenidən qalxacağı gözlənilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...