22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Myanmada 400-ə yaxın insan daşqın qurbanı olub

24-09-2024
IMG

Myanmanın müxtəlif bölgələrində "Yagi" qasırğasının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri 400-ə yaxın insanın həyatına son qoyub, 89 nəfər itkin düşüb.

Fhnews.az xəbər verir ki, bu rəqəmlər dövlət şurasının müvafiq bülletenində yer alıb.

“Güclü yağışların səbəb olduğu daşqınlar doqquz bölgə və ştatda 54 yaşayış məntəqəsinə ziyan vurub ki, bu da ölkədəki 330 yaşayış məntəqəsinin altıda birini və ya 16 faizini təşkil edir. Ümumilikdə 384 nəfər ölüb, 89 nəfər itkin düşüb”, – deyə bülletendə bildirilir.

Myanmada may ayından noyabradək davam edən yağışlar mövsümündə tez-tez sel və torpaq sürüşmələri baş verir. Çaylar məcrasından çıxaraq yaşayış məntəqələrini su altında qoyur. Ümumilikdə, ölkənin müxtəlif bölgələrində təbii fəlakət nəticəsində 2 mindən çox ev tamamilə dağılıb, 3,5 minə yaxın evə ziyan dəyib, yüz minlərlə insan təxliyə edilib.

Paylaş: