Muxtar respublikada daşınmaz dövlət əmlakının icarəsi üzrə daxilolmalar 48 faizdən çox artıb
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 7 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, cari ilin yanvar-iyul ayları ərzində, ümumilikdə, 72 yeni icarə müqaviləsi bağlanılıb. Bunun 38-i qeyri-yaşayış sahələri, 34-ü isə torpaq sahələri üzrə olub.
Daşınmaz dövlət əmlakının icarəsindən bu ilin 7 ayında dövlət büdcəsinə 207,8 min manat vəsaitin ödənilməsi təmin edilib. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz artıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...