Müdafiə Sənayesi Nazirliyi: Erməni “Telegram” kanallarında yayılan məlumatlar tamamilə dezinformasiya xarakterlidir
Erməni “Telegram” kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur.
Fhnews.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildirib ki, bu kimi məlumatlar tamamilə feyk və dezinformasiya xarakteri daşıyır.
“Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.
Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir”, - deyə MSN-in açıqlamasında bildirilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...