Müasir informasiya texnologiyalarının elmi-nəzəri əsasları tədqiq olunur
İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında şöbə müdiri dosent Bikəs Ağayev rəhbərlik etdiyi struktur bölmənin yarımillik hesabatını təqdim edib.
Fhnews.az xəbər verir ki, bu barədə institutdan məlumat verilib. B.Ağayev bildirib ki, 6 ay ərzində şöbədə rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə bir sıra tədqiqatlar aparılıb. Şöbədə, həmçinin müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində Sənaye 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə araşdırmalar aparılıb.
Sonra B.Ağayev 6 ay ərzində respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısına daxil olan, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda dərc olunan məqalələri diqqətə çatdırıb. O, şöbə əməkdaşlarının elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı barədə də məlumat verib.
Daha sonra hesabata dair ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarımillik hesabatı üzrə təklif və tövsiyələrini səsləndirib. Alim əməkdaşların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verib, aktual problemlərə dair elmi məqalələrin hazırlanmasının zəruriliyini vurğulayıb.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...