Müəmmalı şəkildə itmiş kömür gəmisi 120 ildən sonra tapıldı
1904-cü ildə müəmmalı şəkildə yoxa çıxan “SS Nemesis” kömür gəmisi 120 ildən sonra Avstraliya sahillərində tapılıb.Gəminin qalıqları onun itmiş yükünü axtaran şirkət tərəfindən təsadüfən okeanın dibində tapılıb.
“SS Nemesis” və onun 32 ekipajı 9 iyul 1904-cü ildə Nyukasldan yola çıxıb.73 metr uzunluğundakı gəminin təyinat yeri Melburn olub, lakin “SS Nemesis” səyahət zamanı yoxa çıxır. Gəmi sonuncu dəfə Sidneyin cənubundakı Vollonqonq şəhərinin sahillərində dalğalarla mübarizə apararkən görülüb.
Sonrakı həftələrdə gəmidə olan bəzi avstraliyalı, britaniyalı və kanadalı ekipajın cəsədləri batan gəminin parçaları ilə birlikdə sahilə çıxıb.
O dövrdə ictimai marağın çox olmasına baxmayaraq, “SS Nemesis”in qalıqlarını tapmaq mümkün olmur. Lakin 2022-ci ildə Sidney sahillərində itirilmiş yük konteynerlərini axtaran şirkət okeanın dibində gəminin qalıqları ilə qarşılaşıb.
Gəminin sahildən 26 kilometr aralıda və 160 metr dərinlikdə olduğu müəyyən edilir.
Birlik Elmi və Sənaye Tədqiqat Təşkilatı (CSIRO) köhnə fotoşəkilləri və ağır zədələnmiş gəminin çertyojlarını su altında çəkilmiş fotoşəkillərlə müqayisə edərək qalıqların “SS Nemesis” gəmisinə aid olduğunu təsdiqləyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...