Müəmmalı şahzadənin DNT-si 200 illik sui-qəsd nəzəriyyəsini təkzib edib.
26 may 1828-ci ildə Almaniyanın Nürnberq şəhərində qəflətən peyda olan Kaspar Hauzer o vaxtdan bəri açılmağı gözləyən bir sirr olaraq qəbul edilir. Uzun müddət haqqında filmlər və kitablar yazılan Hauzerin itirilmiş şahzadə olduğu iddia edilirdi.
Müəmmalı gəncin DNT-sini tədqiq edən alimlər “iScience” jurnalında dərc olunan yeni araşdırmada Almaniya tarixinin ən sirli tapmacalarından birinə işıq salıblar. Hauzer Nürnberqə gələndə nə düzgün danışa bilir, nə də düzgün yeriyə bilirdi. 16 yaşında olduğu güman edilən oğlanın əlində naməlum bir məktub olub.
Məktubu yazan şəxs 1812-ci ildə uşağı nəzarətə götürdüyünü və tam təcriddə saxladığını bildirib.
Gənc polisin verdiyi suallara cavab verə bilməsə də, Kaspar Hauzer adını yazıb və onun adı olduğu ehtimal edilib.
Ərazidə bir neçə nəfər uşağa qayğı göstərmək qərarına gəlir. Məktubda yazılanlarla paralel olaraq Hauzer də həyatı boyu qapalı yerdə saxlandığını, yalnız çörək və su ilə qidalandığını, heç kimi görmədiyini iddia edib.Nəhayət, bir kişi uşağı götürüb Nürnberqə gətirib.
Nürnberqə gəldikdən təxminən bir il sonra şahzadənin sui-qəsd nəzəriyyələri ortaya çıxmağa başladı. O, mediada böyük maraq doğuran Hauzerin haradan gəldiyini anlamağa çalışırdı.
Görkəmli bir nəzəriyyə Hauzerin Almaniyanın cənubundakı Baden bölgəsinin şahzadəsi, yaxınlarda vəfat etmiş Böyük Dük Karlın oğlu olduğunu iddia edir.
Deyilənə görə, Böyük Dükün yeganə oğlu körpəlikdə ölüb. Ancaq bu nəzəriyyəyə görə, fərqli bir kral xətti başlamaq istəyənlər əsl şahzadəni xəstə körpə ilə əvəz ediblər. Hauzer əslində Böyük Dükün əsl oğlu olub.
Avstriyanın İnsbruk Tibb Universitetinin Məhkəmə Tibb İnstitutundan məqalənin aparıcı müəllifi Valter Parsonun dediyinə görə, Kaspar Hauzerin şəxsiyyəti təxminən 200 ildir araşdırma və müzakirə mövzusudur.
Onun patoloji yalançı və hiyləgər olduğu fikrindən başqa, ən davamlı nəzəriyyə onun Badenin irsi şahzadəsi olması, 29 sentyabr 1812-ci ildə anadan olması və hələ ad verilməmişdən əvvəl cəmi 18 günlük vəfat etməsidir. 5 il sonra Hauzerin bıçaqlanaraq öldürülməsi onunla bağlı sirri daha da artırıb.
Aradan keçən illərdə onun şəxsiyyətini müəyyən etmək üçün aparılan müxtəlif araşdırmalardan ziddiyyətli nəticələr ortaya çıxıb. Hauzerin öldüyü gün paltarından götürülmüş qan nümunələri də araşdırılıb, lakin bəzi elm adamları bu ləkələrin etibarlılığını şübhə altına alıblar.
Yeni araşdırma aparan qrup qan və saç nümunələrindən istifadə edərək Hauzerin mitoxondrial DNT-sini analiz edib. Tədqiqatçılar yalnız ana tərəfdən miras qalan mitoxondrial DNT-ni Baden nəslinin DNT-si ilə müqayisə edərək, Hauzerin onlarla qohum olmadığını üzə çıxarıb.
Elm adamlarının araşdırmaları şahzadə nəzəriyyəsini təkzib etsə də, Hauzerin kim olduğu yenə də sirr olaraq qalır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...