22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Müəllimlərin rəqəmsal peşəkarlığının artırılması istiqamətində təlimlərə başlanılıb

26-08-2024
IMG

Avqustun 26-da Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən 5 000-ə yaxın müəllim üçün təlimlərə start verilib. 

Fhnews.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı, Abşeron, Sumqayıt, Bərdə, Sabirabad, Şəmkir, Quba, Şirvan, Zaqatala, Şəki, Gəncə, Goranboy, Yevlax, Ağcabədi, Qazax, Qusar, Xaçmaz, Neftçala, Şamaxı, Cəlilabad, Astara, Balakən, Qəbələ, Göygöl, Kürdəmir, Ağdaş, Tərtər, Gədəbəy, Şabran, Ağsu, Lerik, Qax, Zərdab və Göyçayda təşkil olunacaq təlimlər dekabr da daxil olmaqla bir neçə ay davam edəcək.   

Təlimlər “Microsoft” sertifikatlı pedaqoq” imtahanına hazırlıq, müəllimlərin rəqəmsal savadlılığının artırılması, təbiət fənlərinin hibrid öyrənmə mühitində tədrisi metodikası və onlayn ünsiyyətə dair proqramları əhatə edəcək. 

Təlim proqramının sonunda müəllimlər ITE-nin “Certiport Authorized Testing Centers” və “ICDL Authorized Testing Centers” test mərkəzlərində keçiriləcək imtahanlara cəlb ediləcəklər. Uğurlu nəticələr əldə edən şəxslərə isə beynəlxalq sertifikat təqdim olunacaq.

Qeyd edək ki, təlimlərin təşkilində məqsəd müəllimlərin müasir texnologiyalar və rəqəmsal alətlərdən istifadə bacarıqlarını artırmaq, onları beynəlxalq imtahanlara hazırlamaq və tədris keyfiyyətini yüksəltməkdir.

Paylaş: