Müəllimlərin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə başlanılıb
Avqustun 30-dan müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminə başlanılıb. Namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.
Fhnews.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 2 sentyabr saat 11:00-da başa çatacaq.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edir.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...