Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrində 106 nəfər uğur qazanıb
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən verilən məlumata görə, sentyabrın 3-də təşkil olunan müsahibələrdə 106 nəfər uğur qazanıb.
Müsahibələrdə uğur qazanan namizədlər sentyabrın 12-si saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq edildiyini yoxlamaq tövsiyə olunur.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...