22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Multikulturalizm Mərkəzi 2023-cü ildə beynəlxalq əlaqələrini genişləndirib

04-01-2024

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2023-cü ildə beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən bildirilib ki, ötən il Mərkəz Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu və Kərkük Mədəniyyət Dərnəyi ilə əməkdaşlıq memorandumu imzalayıb.

Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu ilə imzalanan memorandumun məqsədi elmi-tədqiqat sahəsində, ictimai həmrəylik və vəhdət sahəsinə metodoloji və ekspert dəstəyinin göstərilməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsidir.

Kərkük Mədəniyyət Dərnəyi ilə imzalanan memorandumun məqsədi isə Türk xalqlarının mədəni birliyinin möhkəmləndirilməsi və Azərbaycan Respublikasının xarici ölkələrdə yaşayan soydaşlarla, o cümlədən İraq Respublikası ərazisində tarixən məskunlaşmış və hazırda da orada yaşayan türkmənlərlə mədəni əlaqələrinin genişləndirilməsi, ortaq tarixi ənənələrin, etnik mədəni-mənəvi dəyərlərin qarşılıqlı şəkildə öyrənilməsi və təbliğidir.

Paylaş: