Muğlada meşə yanğınları davam edir
Muğlanın Dalaman və Ortaca bölgələrində dünən gecədən başlayan yanğınlarla mübarizə davam edərkən, Gökovada səhər saatlarında yanğın başlayıb. Hazırda aktiv yanğınların sayı 3-ə yüksəlib. Ortaca Okçular, Dalaman Taşbaşı və Gökova Turnalıda yanğınlar davam edir.
Yanğınsındürənlər çətin ərazi və hava şəraitində alovla mübarizə aparır. Yanğın zonasında 49 çiləyici, 15 su təchizatı maşını, 5 dozer və 264 meşə işçisi işləyir. Jandarma və polis qrupları ilə yanaşı, meşəçilik qruplarına Muğla Böyükşəhər Bələdiyyəsi xilasetmə qrupları, meşə yanğını könüllüləri qrupları və vətəndaşlar dəstək verir. Türkiyənin müxtəlif vilayətlərindən bölgəyə çoxlu sayda qruplar göndərilib, səhərin ilk işığında təyyarə və vertalyotların yanğının söndürülmə işlərinə qatılacağı bildirilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...