Moskvada 30 dərəcə şaxta ilə əlaqədar "narıncı" təhlükə səviyyəsi elan edilib
Rusiya Federasiyasının Hidrometeorologiya Mərkəzinin sinoptikləri yanvarın 13-ü, şənbə günü gecə və səhər gözlənilən şiddətli şaxta ilə əlaqədar Moskvada “narıncı” təhlükə səviyyəsini açıqlayıblar.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.
Xəbərdarlıq şənbə günü, gecə və səhər saatları daxil olmaqla, Moskva vaxtı ilə saat 14:00-dək (Bakı vaxtı ilə saat 15:00) qədər qüvvədə olacaq.
"Narıncı" xəbərdarlıq səviyyəsi hava xəbərdarlığı şkalası üzrə sondan əvvəlki səviyyədir, təbii fəlakətlər və ziyan potensialı olan təhlükəli hava şəraitini simvollaşdırır.
Paytaxtın şəhər xidmətləri kompleksi vətəndaşlardan şaxtalı dövrdə çöldə keçirdikləri vaxtı azaltmağı xahiş edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...